Əməkdaşımız İctimai radioda "Can, Azərbaycan!" verilişinin qonağı olub

15 mart 2022-ci il tarixində AMEA Folklor İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi, fil.ü.f.d., dos. Sönməz Abbaslı İctimai radioda "Can, Azərbaycan!" proqramında qonaq olub. Verilişdə Novruz bayramının tarixi köklərinə nəzər salınıb və bildirilib ki, hələ qədim zamanlardan insanları bir-birinə yaxınlaşdıran, xoş ovqat bəxş edən Novruz bütün Türk dünyasının diriliş, oyanış bayramıdır. S.Abbaslı veriliş zamanı vaxtilə Qarabağda İlaxır çərşənbə ilə bağlı icra edilən mərasimlərə, oyunlara da diqqət ayırıb. Qeyd edilib ki, "Baharbənd", "Fincan-fincan" kimi bir çox xalq oyunlarımız məhz bayram günlərində icra olunub. |