Sönməz Abbaslı İctimai TV-nin "Sabahın xeyir, Azərbaycan!" proqramında qonaq olub

15 mart 2022-ci il tarixində AMEA Folklor İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi, fil.ü.f.d., dos. Sönməz Abbaslı İctimai TV-nin "Sabahın xeyir, Azərbaycan!" proqramının canlı yayımında qonaq olub. Əməkdaşımız Novruz bayramının tarixi köklərindən, qlobal humanizmindən, utilitar mədəni-mənəvi zənginliyindən bəhs edib. S.Abbaslı veriliş zamanı Qarabağ bölgəsində vaxtilə mövcud olmuş, hazırda unudulmuş Axır çərşənbə adət-ənənələrinə də nəzər salıb.

|