Əməkdaşımız Space TV-nin "Qadın çağı" proqramının qonağı olub

AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair Qiymət Məhərrəmli Space TV-nin "Qadın çağı" proqramının qonağı olub. Verilişin mövzusu olduqca maraqlı bir məsələyə həsr olunub. Proqramda qədim milli rəqslərimizin tarixi keçmişi, bugünü və sabahkı taleyi ilə bağlı geniş müzakirə aparılıb. Toy adətlərimiz, milli-mənəvi dəyərlərin yavaş-yavaş aşınması, unudulmaqda olan xalq rəqslərinə ögey münasibətin aradan qaldırılması məsələlərinə aydınlıq gətirilib. |