"Çağdaş Azərbaycan nəsrində mifologizm" adlı kitab nəşr olunub

Bu günlərdə AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanovanın “Çağdaş Azərbaycan nəsrində mifologizm” adlı monoqrafiyası nəşr olunub. Monoqrafiyada çağdaş Azərbaycan bədii nəsrində rast gəlinən mifologizmlər Azərbaycan, eləcə də dünya folklor nümunələri ilə müqayisəli şəkildə tədqiqata cəlb olunub, mifoloji obraz, motiv və süjetlər müraciətin özünəməxsusluğu və bu zaman yazıçıların həyata keçirdiyi yaradıcılıq maneraları təhlil edilib.
Qeyd edək ki, sözügedən monoqrafiya “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabın elmi redaktoru mərhum professor Kamran Əliyev, rəyçiləri isə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və filologiya elmləri doktoru Əfzələddin Əsgərdir. |