Əməkdaşımız İTV-nin "Sabahın xeyir, Azərbaycan!" verilişində qonaq olub

22.02.2022-ci il tarixində AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Nigar Həsənova İctimai TV-nin "Sabahın xeyir, Azərbaycan!" verilişinin qonağı olub. Əməkdaşımız Azərbaycan xalqının mərasim mədəniyyətində Novruz bayramının yeri, təntənəsi, tarixi haqqında məlumat verib. İlaxır çərşənbə adətlərindən, xüsusilə Su çərşənbəsindən bəhs edib.
Tədqiqatçı "Koroğlu" dastanından örnək gətirərək Koroğlunun Qoşa bulağın suyundan dolduraraq içdiyi məqamın İlaxır çərşənbədəki yenilənmiş su olduğu ehtimalını irəli sürüb. N.Həsənova
Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qarabağ, Naxçıvan, Dərələyəz bölgələrində izlənilən ilaxır çərşənbə adətlərini də diqqətə çatdırıb. O, su ilə bağlı inanclara, türkəçarələrə dair xeyli sayda nümunələr çəkib, atalar sözlərini qeyd edib. Bildirilib ki, su kultu, suyun müqəddəsləşdirilməsi bir sıra təsəvvürləri, xalqımızın qədim dünyagörüşünü tədqiq etməyə imkan verir. |