Akademik Muxtar Kazımoğu-İmanov və millət vəkili Əziz Ələkbərli “Aşıq Ələsgər-200” yubiley medalı ilə təltif ediliblər
29 dekabr 2021-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində ustad Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş gecə keçirilib. Tanınmış ziyalılar, millət vəkilləri və incəsənət xadimlərinin iştirak etdiyi gecədə “Dədə Ələsgər Ocağı” İctimai birliyi Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi xidməti olan, bu sənətin tanıdılmasında fəal iştirak edən və uğur qazanmış şəxsləri “Aşıq Ələsgər 200” yubiley medalı ilə təltif edib. Təltif olunanlar arasında AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov və İnstitutun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, millət vəkili Əziz Ələkbərli də yer alıblar.



|