Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
22.11.2021

Sənubər Kərimova - 85

Bu günlərdə AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin böyük elmi işçisi Sənubər Kərimovanın 85 yaşı tamam olub. 1935-ci ildə Naxçıvan şəhərində anadan olmuş S.Kərimova sorağı “Kitabi-Dədə Qorqud”dan gələn, Azərbaycan xalqının etnogenezində fəal rol oynamış Kəngərli nəslindəndir.
O, 1954-cü ildə orta məktəbi bitirərək, ADU-nun (indiki BDU-nun) filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur. 1959-cu ildə universitet təhsilini tamamlayıb, təyinatla Naxçıvana göndərilmiş, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin, Naxçıvan MSSR Ali Sovetinin və Naxçıvan MSSR Nazirlər Sovetinin orqanı olan “Şərq qapısı” qəzetinin redaksiyasında ədəbi işçi, şöbə müdiri, redaktor müavini və baş redaktor vəzifələrində çalışmışdır.
O, 1978-ci ildə Sov. İKP MK yanında İctimai Elmlər Akademiyası Rəhbər Partiya və Sovet Kadrlarının İxtisas Artırma İnstitutunda öz nəzəri biliyini və peşə ustalığını daha da təkmilləşdirmiş, 1980-ci ildən etibarən “Şərq qapısı” qəzetinin bazasında yaradılan böyük formatlı, gündəlik rus və Azərbaycan dillərində nəşr edilən “Sovet Naxçıvanı” – “Советская Нахичевань” qəzetlərinin baş redaktoru olmuşdur.
S.Kərimova 1985-ci ildə Naxçıvan MSSR Sosial Təminat naziri, həmin nazirlik ləğv olunduqdan sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirin birinci müavini vəzifəsini daşımışdır.
S.Kərimova 2000-ci ilin dekabr ayından AMEA-nın əməkdaşıdır. Hazırda Folklor İnstitutunun Dədə Qorqud şöbəsində böyük elmi işçi vəzifəsində çalışır. Əməkdar jurnalist həmin institutun nəşri olan “Dədə Qorqud” elmi-ədəbi toplusunun ərsəyə gəlməsində (2001-ci ildən) yaxından iştirak etmişdir. Düz iyirmi ildir ki, onun adı məsul yaradıcı işçi kimi topluda qeyd olunur.
S.Kərimova milli-mənəvi dəyərlərimizin, folklorumuzun tədqiqi, qorunması, bəşəriləşdirilməsi, gələcək nəsillərə çatdırılması üçün ciddi səy göstərir. Onun “Nəsillərə əmanət” kitabı da məhz bu məqsədlə qələmə alınmışdır. Həmin seriyadan ikinci kitabını da nəşrə hazırlamışdır.
S.Kərimova ictimai vəzifələr də daşımışdır. Azərbaycan Jurnalistlər İttifaqı Naxçıvan təşkilatının sədri (1975-1985) olmuş, Respublika Jurnalistlərinin V qurultayında Azərbaycan Jurnalistlər İttifaqının katibi seçilmiş, SSRİ jurnalistlərinin IVqurultayının nümayəndəsi olmuşdur.
1975-1990-cı illərdə Naxçıvan MSSR Qadınlar Cəmiyyətinin sədri kimi fəaliyyət göstərmiş, Sovet Qadınları Komitəsinin plenum üzvü seçilmişdir. S.Kərimova Sovet İmperiyası dağıldıqdan sonra da muxtar respublikada qadın hərəkatına rəhbərlik etmiş, Müstəqil Azərbaycan Qadınlarının I Qurultayının nümayəndəsi olmuşdur.
Onuncu və onbirinci çağırış Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir.
Sənubər Kərimova mətbuatda fəal səmərəli işinə görə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1970), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına (1974), “Rəşadətli əməyə görə Lenin yubiley medalı”na layiq görülmüş, “Şərq qapısı” qəzetinin ilk nömrəsinin çapdan çıxmasının 50 illiyi münasibətilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1971) ilə təltif olunmuşdur.
Zəhmətkeşlərin təsərrüfat və mədəniyyət quruculuğu vəzifələrinin yerinə yetirilməsinə onların səfərbər edilməsi sahəsində səmərəli işinə görə və birinci nömrəsinin çapdan çıxmasının 60 illiyi ilə əlaqədar olaraq “Sovet Naxçıvanı” – “Sovetskaya Naxiçevan” qəzeti Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunmuş, qəzetin redaktoru S. Kərimovaya Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (jurnalisti) (1981) fəxri adı verilmişdir. S.Kərimova uzun illər vicdanlı əməyinə görə SSRİ Ali Soveti Rəyasət Heyəti adından “Əmək veteranı” medalı ilə təltif olunmuşdur (1984).
85 yaşı tamam olmuş S.Kərimovanın 60 illik fasiləsiz əmək stajının 26 ili “Şərq qapısı” və “Sovet Naxçıvanı” – “Sovetskaya Naxiçevan” qəzetlərini, 20 ili isə AMEA-nı əhatə edir.
S.Kərimovanın xidmətləri nəzərə alınaraq, onun haqqında məlumat şəkli ilə yanaşı 2002 və 2005-ci illərdə nəşr edilmiş Naxçıvan Ensiklopediyalarına salınmış, nəşr edilməkdə olan yeni Azərbaycan Ensiklopediyasına təqdim olunmuşdur.
AMEA Humanitar və İctimai Elmlər Bölməsinin 19 noyabr 2021-ci il tarixli onlayn Elmi şurasının 3 saylı iclasında Sənubər Ağa qızı Kərimova anadan olmasının 85 illiyi münasibətilə AMEA Humanitar Elmlər bölməsinin Fəxri fərmanı ilə təltif edilmişdir. Əməkdaşımızı doğum günü və Fəxri fərmanla təltif olunması münasibətilə ürəkdən təbrik edir, ona sağlıqlı ömür, könül xoşluğu və elmi məhsuldarlığının axarlı olmasını diləyirik.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.