Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
03.11.2021

"Tariximizin şanlı qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib

03 noyabr 2021-ci il tarixində AMEA Folklor İnstitutunda “Tariximizin şanlı qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib. Öncə Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş nitqi ilə açan institutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov bildirib ki, 8 Noyabr Zəfər Günü kimi bizim tariximizə qızıl hərflərlə yazılıb. O, şəhidlərin qanı bahasına əldə edilən qələbədən və müharibədən zəfərlə çıxan bir xalqın liderinin ⸺ ölkə prezidenti cənab İlham Əliyevin qələbədən sonrakı çıxışılarının hər bir kəsin əhval-ruhiyyəsinə, nitqinə, davranışına təsirindən söz açaraq deyib ki, 44 günlük Qarabağ savaşı xalqın itən ümidinin, azalmış qürurunun qayıtmasına səbəb olub. Bu, çox böyük tarixi hadisədir və bu qələbə xalqın özünə olan inamını, güvənini qaytarıb. II Qarabağ savaşında əldə edilən qələbə həm də xalqın təntənəsinin bayramıdır. Daha sonra akademik bildirib ki, biz Zəfər günü ilə bağlı tədbirləri həm I, həm də II Qarabağ müharibəsinin canlı iştirakçıları, şahidləri ilə görüşlər şəklində təşkil etməyi nəzərdə tutmuşuq ki, bilib-bilmədiyimiz məlumatları o insanlardan ala bilək.


Akademik M.Kazımoğlu-İmanovun giriş nitqindən sonra söz tədbirə qonaq qismində dəvət edilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Təşkilati Məsələlər üzrə səlahiyyətli nümayəndəsi, Nəsimi RŞ-nin sədri, I və II Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan bayrağı ordenli, veteran, polkovnik Elmar Hüseynova verilib. Dəvət üçün təşəkkürünü bildirən polkovnik çıxışı zamanı ötən əsrin 90-cı illərində Azərbaycan dövlətinin və ordusunun ağır sınaqlar yaşadığını görüş iştirakçılarının diqqətə çatdırıb. O, Xüsusi təyinatlı polis dəstəsinin üzvü kimi 1990-cı illərin noyabr ayından Şuşa şəhərində başladığı hərbi xidmətdən, Xocalı aeroportunun düşməndən azad edilib Azərbaycanın tabeliyinə keçirilməsində döyüş yoldaşları ilə birgə göstərdikləri şücaətliklərdən geniş bəhs edib. Məlum olub ki, polkovnik E. Hüseynov Ağdam, Laçın, Şuşa ətrafı və Qubadlıdakı döyüş əməliyyatlarında fəal iştirak edib. O, eyni zamanda 1991-ci ildə Xanlar rayonu ərazisindəki Çaykənd əməliyyatının da iştirakçısı olub. O dövrdə ən ağır silahın avtomat olduğunu diqqətə çatdıran polkovnik qarşı tərəfin qurduğu böyük istehkamlardan, ordumuzun üzləşdiyi çətinliklərdən də danışıb. Azərbaycan bayrağı ordenli E.Hüseynov çıxışı zamanı Azərbaycan dövlətinin bu gün orduya göstərdiyi böyük qayğıdan, böyük maliyyə hesabına alınan müasir yeni zirehli texnika, pilotsuz idarə olunan aparatlardan və s. bəhs edib. Qonaq çıxışı zamanı II Qarabağ savaşında Azərbaycan ordusunun hazırlığına, xüsusən Murovdağ istiqamətində əsgərlərimizin göstərdiyi igidliklərə də toxunub.


Sonra tədbir iştirakçıları polkovnik E.Hüseynova suallar ünvanlayıblar. Qonaq ona verilən sualları ətraflı cavablandıraraq Qarabağ savaşı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.
Görüşün sonunda Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov qonağa xalq musiqisi ilə bağlı Folklor İnstitutunun buraxdığı diskləri təqdim edib və xatirə şəkilləri çəkilib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.